14 İyul 2026
Ölkə futbolu

“Kəpəz” Sloveniya klubu ilə əməkdaşlığa başladı

“Kəpəz” və Sloveniyanın “Celje” klubunun rəhbərliyi arasında görüş keçirilib.

İdmanxeber.az xəbər verir ki, görüşdə “Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Namiq Qədirov, İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov, “Celje” klubunun prezidenti Valeri Kolotilo, klubun idman direktoru Qennadi Qolubin və Baş Əməliyyat Direktoru Zoran Podkoritnik işitrak ediblər.

Görüşdə tərəflər arasında bir sıra məsələlər müzakirə olunub və əməkdaşlıq müqaviləsi imzalanıb. Anlaşma klublar arasında mövcud skautinq şəbəkəsi və resurslardan istifadə edilməklə oyunçuların transferi sahəsində ümumi strateji məsləhətlərin və dəstəyin göstərilməsini əhatə edir.

Qeyd edək ki, 1919-cu ildə yaradılan “Celje” klubu 2 dəfə Sloveniya çempionatının və kubokunun qalibi olub. Sele şəhərinin təmsilçisi 2024-2025-ci illər mövsümündə UEFA Konfrans Liqasının 1/4 final mərhələsinə kimi irəliləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43