14 İyul 2026
Dünya futbolu

“Real” 17 yaşlı futbolçunu transfer etdi

Argentinanın “River Pleyt” klubunun yarımmüdafiəçisi Franko Mastantuono “Real”a keçib.

İdmanxeber.az-ın məlumatına görə, 17 yaşlı oyunçu ilə 6 mövsümlük – 2031-ci il iyunun 30-na kimi müqavilə imzalanıb. O, avqustun ortalarında komandaya qoşulacaq.

Daha əvvəl Madrid klubunun Mastantuono üçün 45 milyon avro ödəyəcəyi bildirilirdi.

Gənc oyunçu Argentina klubunun yetirməsidir. O, “River Pleyt”də 61 oyun keçirib, on qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 30 milyon avro qiymətləndirir.

İyunun 6-da yarımmüdafiəçi Argentina millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Çiliyə qarşı oyunda (1:0) çıxış edərək, yığmada forma geyinən ən gənc futbolçu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43