Misli Premyer Liqasının XIII turunda “Kəpəz” “Zirə” ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Gəncə klubunda zədəli futbolçular – Məmməd Hüseynovla Mahamadu Ba meydana çıxa bilməyəcək.
“Zirə”də isə komandanın kapitanı Qismət Alıyev ötən tur 4-cü sarı vərəqəni alaraq cəzalı duruma düşdüyü üçün Yevlaxdakı qarşılaşmanı kənardan izləyəcək. Hücumçu Davit Volkov isə zədə səbəbindən “Kəpəz”ə qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, “Kəpəz” – “Zirə” qarşılaşması noyabrın 28-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.

