Ölkə futbolu

Kalonas rəsmən “Simurq”da – FOTO

Simurq" Mindauqas Kalonasın keçidini rəsmiləşdirib. Litvalı futbolçu mövsümün sonunadək icarə əsasında Zaqatala klubunda çıxış edəcək. Bu gün klubla münasibətlərini rəsmiləşdirən 30 yaşlı futbolçu 9 nömrəli forma geyinəcək.

Qeyd edək ki, Kalonas ötən qışda "Rəvan"a keçib (15 oyun, 8 qol). Yayda "Bakı"ya transfer olunan 29 yaşlı litvalı (18 oyun, 6 qol) Əfran İsmayılov və Rauf Əliyevlə yola getmədiyindən transferə çıxarılıb. Əvvəllər Rusiyanın "Dinamo" (Moskva), "Rubin", "Kuban", Portuqaliyanın "Braqa", Latviyanın "Metallurq", "Riqa", İrlandiyanın "Bohemians", Ukraynanın "Metallurq" (Zaparoje) və Polşanın "Stomil" klublarında çıxış etmiş Kalonas Litva millisində keçirdiyi 43 oyunda 3 dəfə fərqlənib. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43