11 İyul 2026
Kateqoriyasız

Kamran Ağayev Superliqada oynayacaq – Dəqiqləşdi

Türkiyə PTT I Liqasında 31-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” son turda aldığı nəticə ilə Superliqaya vəsiqə qazanıb. Kayseri komandası “Antalyaspor”la qolsuz heç-heçə edərək xal ehtiyatını 63-ə çatdıraraq, liderliyini qoruyub. 

Ağayevli Kayseri təmsilçisinin ən yaıxn rəqibləri olan “Osmanlıspor” və “Adana Demirspor” növbəti turda bir-birləri ilə üz-üzə gələcəklər. Bu matçda alınan nəticəyə görə “Kayserispor”un ən yaxın iki izləyəcisindən  birinin xal itirəcəyi dəqiqdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43