“Neftçi” Rusiyanın “Spartak” (Moskva) klubu ilə yoxlama matçı keçirəcək.
İdmanxeber.az “Sport-ekspress”ə istinadən xəbər verir ki, bu barədə klub prezidenti Kamran Quliyev məlumat verib. O, sözügedən idman saytına bunları deyib:
“Bəli, buz bu barədə “Spartak”la razılaşmışıq. Sadəcə, xırda detalları müzakirə edəcəyik. Prinsipcə, hər şey artıq həll olunub. Matç Sankt-Peterburqdakı turnirimizdən sonra Moskvada “Otkritie Arena”da baş tutacaq”.
Xatırladaq ki, iyulda “Neftçi” Sankt-Peterburqda beynəlxalq yoldaşlıq turnirində iştirak edəcək. Azərbaycan komandası “Zenit”, “Srvena Zvezda” və “Fənərbaxça” ilə qarşılaşacaq.

