“Milan” Luka Romeronu azad agent kimi transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, “rossonerilər” “Latsio” ilə müqaviləsi başa çatmaq üzrə olan 18 yaşlı futbolçunun agenti ilə danışıqlar aparır.
Romero İspaniya klublarının da hədəfindədir. Ötən mövsüm 9 matçda futbolçu 1 qol vurub.
Luka Argentinanın U-18 millisinin də üzvüdür.

