Kateqoriyasız

“Kəpəz” azarkeşləri yürüş keçirəcək

Bu gün Premyer Liqanın son turunda “Kəpəz” azarkeşləri önündə “Qəbələ”ni qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, 16 illik fasilədən sonra Avroliqaya vəsiqəni təmin edən “Kəpəz” klubunun azarkeşləri “Qəbələ” ilə matçöncəsi Gəncə şəhərində böyük yürüş təşkil edəcək. Rəsmi fan klubun 200-ə yaxın azarkeşin iştirakı ilə başlayacağı yürüşə başqa azarkeşlərin də qoşulacağı gözlənilir. Azarkeşlərin yürüşü saat 14:00-da başlayacaq və oyun saatına qədər davam edəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43