İdman

“Keşlə” Bosniya və Herseqovina klubuna qarşı

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün ilk yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, rəqib Bosniya və Herseqovina təmsilçisi “Çelik”dir. Boluda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Yuri Maksimovun komandası ikinci yoxlama matçında  “Levadiya”(Estoniya) ilə qarşılaşacaq. Toplanış çərçivəsində son yoldaşlıq matçı iyulun 6-da “Traktorsazi”yə qarşı keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43