Dünya futbolu

Klop “Liverpul”da tarix yazır

“Liverpul”dan möhtəşəm start

Ötən mövsüm Çempionlar Liqasının finalına qədər irəliləyən “Liverpul” komandası bu mövsüm də çıxışı ilə diqqətləri üzərinə çəkib. “Mersesaydırlar” Premyer Liqada 4 oyuna 4 qələbə ilə maksimum nəticə göstəriblər. Komanda sonuncu dəfə 27 il öncə belə bir çıxış etmişdi. İngiltərə mətbuatı uzun ildən sonra klubda müşahidə edilən bu uğurlarda ən böyük pay sahibi kimi Yurqen Klopu göstərib. Almaniyalının komandanın başına keçdikdən sonra “Liverpul” klubunun köhnə illərdəkinə bənzədiyi vurğulanıb. 

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43