28 İyun 2026
Ölkə futbolu

Klubunu dəyişdi, millidən ayrıldı

Murad Mahmudov millidən ayrılıb

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşadək futboçulardan ibarət Azərbaycan yığmasının üzvü Murad Mahmudov komandadan ayrılıb. Almaniyanın  “Frankfurt” klubuna keçən futbolçu yeni klubunda möhkəmlənmək üçün yığmanın toplanışından erkən dönmək istəyi ilə bağlı baş məşqçiyə müraciət edib.

Yığma komandanın rəhbəriliyi futbolçunun klub karyerasını nəzərə alaraq, müraciətinə müsbət yanaşıb və toplanışı erkən tərk edərək Almaniyaya yollanmasına icazə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43