16 İyul 2026
Dünya futbolu

Komandası uduzarkən Renat meydana girdi, görün son dəqiqələrdə nələr oldu

Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” Türkiyə Superliqasında 6-cı turun matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, “Trabzonspor”u qəbul edən Hatay klubu 3:2 hesablı qələbə qazanaraq 3 xalı aktivinə yazdırıb.

Renat bu matçda 82-ci dəqiqədə meydana çıxıb. O, meydana girərkən komandası uduzurdu. Komandanın bərabərlik və qeləbə qolunu isə Lamkel vurub. Dadaşov isə əlavə olunmuş dəqiqələrdə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Hatayspor” 6 turdan sonra 10 xal toplayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43