16 İyul 2026
Ölkə futbolu

“Planımız daha çox ön xətdə oynamaq idi” – Elmar Baxşıyev

 Misli Premyer Liqasının VII turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə  43 yaşlı mütəxəssis oyunu belə şərh edib:

“Bilirdik ki, ağır oyun olacaq. “Qarabağ” çempionatımızın liderlərindəndir. Yaxşı təşkilatlanmış komandadır. Planımız daha çox ön xətdə oynamaq idi. Amma əfsuslar olsun ki, oyunun əvvəlində fərdi səhvlərdən qapımızda qollar gördük. Bundan sonra komanda istədiyimi verməyə çalışdı. Bu gün məğlub olmaya da bilərdik. Məzmunlu oyun göstərən və daim hücum axtarışında olan komanda gördüm. İstədiyim komanda budur. Bu tempi saxlaya bilsək, daha sanballı “Qəbələ” görəcəksiz. Meydanda bir-birinə layiq iki komanda var idi. Hamı “Qarabağ”ın səviyyəsini bilir. Onlardan aşağı səviyyəli oyun nümayiş etdirmədik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43