“Futbolçularımı təbrik edirəm. Vacib 3 xal əldə etdik. “Qəbələ”yə uğurlar arzu edirəm”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə (1:2) matçından sonra mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:
“Kevin Medinanın epizodu barədə deyiləsi çox fikir yoxdur. Mənim gördüyüm odur ki, birinci rəqib tərəfdən zərbə gəldi. Kevin də özünü saxlaya bilməyib cavab zərbəsi vurdu. Karyeramda ikinci “qırmızı”mı aldım. Onda da oyunçumuzu vurmuşdular.
Oyundan sonra hakimlə söhbətimiz pis getmədi. Düzdür, emosiyalarımı saxlaya bilmədim. Dördüncü hakim yaxşı uşaqdır. Özü də narahat idi ki, ikinci sarı verdirdi. Bəzən dördüncü hakimlər oyuna çox müdaxilə edirlər.
Andrey Lunyov bu gün çox yaxşı oyun göstərdi. İnanıram ki, bundan da yaxşı olmalıdır. Çempinoat gərgin gedir, bəzən düşünmədiyiniz hallar yaşanır. Düşünməzdik ki, 10 nəfərdə qalarıq. Belə hallara hazır olmalıyıq”.

