21 İyul 2026
Ölkə futbolu

Konfrans Liqası: “Braqa” “Neftçi”nin rəqibi ola bilər

“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” Minsk “Dinamo”sunu mübarizədən kənarlaşdırsa, III mərhələdə “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu mərhələnin ilk matçları avqustun 6-na, cavab görüşləri avqustun 13-nə təyin olunub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43