Dünya futbolu

Kosovo millisində dəyişiklik

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi olan Kosovo yığmasının heyətində dəyişiklik edilib.

İdmanxeber.az-ın veridiyi xəbərə görə, Xorvatiyanın “Hayduk” (Split) klubunda çıxış edən Ardian İsmayli komandanın düşərgəsindən ayrılaraq U-21 millisinin heyətinə cəlb olunub. Onu Danimarkanın “Bröndbü” klubunda oynayan Besar Halimi əvəzləyib.

Qeyd edək ki, avqustun 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Kosovo matçı saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43