21 İyul 2026
Ölkə futbolu

Kurban Berdiyev: “Qarabağ ikinci heyətlə də güclüdür”

“Turan Tovuz” Misli Premyer Liqasının 7-ci turunda səfərdə “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

  • Uşaqları təbrik etdim. Var gücləri ilə intizamlı oynadılar. Qələbəyə layiq idik.
  • Qapıya zərbələr az olur. Bu haqda nə düşünürsünüz?
  • Hələ çox iş görməliyik. Müəyyən çatışmazlıqlar var.
  • Əvəzedici komandadan əsas komandaya oyunçu cəlb olunmur. Bunun səbəbi nədir?
  • Onlardan bizimlə məşq edənlər var. Qeyri-təbii şəkildə cavan oyunçunu meydana buraxmaq olmaz. Burada rəqabət var, onlar rəqabətdə uduzurlar. Belə olan halda kimisə necə oynadım? Sonra ehtiyatda oturan futbolçularla problem ola bilər. Rəqabətdə qalib gəlmək lazımdır.
  • Növbəti turda “Qarabağ”la qarşılaşacaqsız. Bundan əvvəl milli fasilə var. Bu fasilə sizin xeyrinizə olacaq, yoxsa əksinə?
  • “Qarabağ” istənilən halda “Qarabağ”dır. Onların ikinci heyəti də əsas heyətə bərabərdir. “Qarabağ”la matçla bağlı nəsə demək, proqnozlaşdırmaq çətindir. Onlar Çempionlar Liqasında oynayırlar. Qələbələr münasibətilə Qurban Qurbanovu təbrik edirəm. Fasilənin necə təsir edəcəyini demək çətindir. Oyunlar bunu göstərəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43