İspaniyanın “Espanyol” klubu baş məşqçi Dieqo Martineslə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda ardıcıl 4 oyundur meydandan məğlub ayrılır. “Espanyol” son olaraq “Jirona” klubuna 1:2 hesabı ilə uduzub.
Klub rəsmi saytından qarşılıqlı razılıq əsasında baş məşqçi ilə yolların ayrıldığını açıqlayıb.
Barselona təmsilçisi hazırda 27 xalla 17-ci sıradadır.

