Avropa Liqasında mübarizə aparacaq “İnter” daha 2 futbolçu ilə heyətin gücləndirib.
İdmanxeber.com-un məlumatına görə, “bankirlər” “Bakı”nın futbolçusu Tural Qürbətov və AZAL-dan ayrılan Novruz Məmmədovla 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, “İnter” daha öncə “Simurq”un üzvü Elnur Abdullayevi transfer etmişdi.

