“Lans” Elye Vaini heyətinə qatmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, Fransa klubu bu transfer üçün “Monpelye”yə 35 milyon avro ödəyəcək. Gənc istedad ilə 5 illik müqavilə imzalanacaq.
16 yaşından bəri “Monpelye”nin əsas komandasında oynayan Vai 85 oyuna 32 qol vurmağı bacarıb.

