08 İyul 2026
İdman

Millimizin üzvü qızıl medala layiq görüldü

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, 47 ölkədən 63 komandanın mübarizə apardığı yarışda Azərbaycan millisi Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova ilə təmsil olunub.

Yığma olimpiadanı 12-ci pillədə başa vurub. Read Səmədov isə birinci lövhədə 9 oyundan 8 xal toplamaqla ən yüksək nəticə sahibi kimi qızıl medala layiq görülüb.

Mükafatlandırma mərasimində Read Səmədovun şərəfinə Azərbaycan himni səsləndirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43