14 İyul 2026
Ölkə futbolu

Leandro Andrade “Qarabağ”da qalacaq? – AÇIQLAMA

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade komandasının 12-ci çempionluğunun ardından müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu Ağdam klubundakı gələcək karyerasından da söz açıb. O, klubda qalıb-qalmayacağı barədə suala belə cavab verib:

“Niyə də yox? Burada özümü çox yaxşı hiss edirəm”.

Hazırda hesabında 15 qol olan 25 yaşlı futbolçu 2024/25 mövsümünün bombardiri olmağa yaxındır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43