İdman

“Lester” 14 saniyəlik məsuliyyətsizliyə görə, 5 ay gözləyəcək

İngiltərənin “Lester” klubunun başına maraqlı hadisə gəlib.

İdmanxeber.com-un məlumatına görə, “tülkülər” bir neçə saniyə gecikmələrinin ucbatından yeni transferlərinin xidmətindən yanvar ayına qədər yararlana bilməyəcək.

“Transfer pənrəcəsi”nin son günündə 22 milyon funt-sterlinq müqabilində “Sportinq”dən Premyer Liqa təmsilçisinə keçən Adrien Silva yanvara qədər yeni komandasında debüt edə bilməyəcək. Buna səbəb “Lester” rəhbərliyinin “transfer pəncərəsi” bağlandıqdan cəmi 14 saniyə sonra 28 yaşlı oyunçunun adını sifariş etməsi olub. İngilislər qərarın dəyişməsi üçün FİFA-ya müraciət ünvanlasa da, ali futbol qurumu bunu qəbul etməyib.

 Portuqaliya millisinin üzvü gələn ilin yanvarına qədər “Lester”in heyətində yalnız məşqlərdə iştirak edə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43