İdman

“Neftçi”nin 6 futbolçusu milli komandamıza kömək edəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək. 

İdmanxeber.com-un məlumatına görə,, Bakıda baş tutacaq hazırlıq prosesinə "Neftçi”nin 6 futbolçusu dəvət olunub.

Klubun rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, bunlar İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov, Abbas Abbasov, Nicat Məmmədov, Mehdi Tahirov və Mahir Həsənovdu.

Yığmanın təlim-məşq toplanışı sentyabrın 6-dan 14-dək və 17-dən 26-dək olan müddəti əhatə edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43