Kateqoriyasız

“Liman” klubu əməkdaşlıq müqaviləsi imzalayıb

Həvəskarlar Liqasının son qalibi, bir neçə gün öncə kubokun da sahibi olan Lənkəranın “Liman” klubu İranın “Sorena Oxsin” kollektivi ilə əməkdaşlıq əlaqələrini sıxlaşdırıb.

Belə ki, tərəflər arasında 1 illik əməkdaşlıq müqaviləsi imzalanıb. “Caspian Plaza”da keçirilən tədbirdə “Liman” klubunun baş məşqçisi Fariz Əkbərov və “Sorena Oxsin”in rəhbəri Aref Əkbəryan iştirak ediblər.

Müqaviləyə əsasən “Liman” klubunun rəsmiləri yaxın günlərdə İrana işgüzar səfər edəcək. Bundan başqa İran aşağı liqalarında çıxış edən gənc və istedadlı futolçular “Liman” klubuna cəlb olunacaq.

Daha sonra aşağı yaş qruplarından ibarət uşaq futbol komandası, habelə, qızlardan ibarət kollektivin yaradılması da “Liman” klubunun gələcəkdə reallaşdıracağı layihələr arasında yer alacağı bildirildi.

Sonda onu da qeyd edək ki, hazırda “Liman” klubu sponsor axtarışındadı.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43