25 İyun 2026
Dünya futbolu

“Liverpul” fransalı hücumçu ilə maraqlanır

“Ayntraxt”ın hücumçusu Yuqo Ekitike karyerasını “Liverpul”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, mersisaydlılar 23 yaşlı fransalının transferi ilə bağlı danışıqlara başlayıb. Eyni zamanda, klub danışıqları asanlaşdırmaq üçün hücumçu Darvin Nunyesi də qarşı tərəfrə təklif edib.

Ekitike ötən mövsüm 48 oyuna çıxıb, 22 qol vurub və 12 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 75 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43