14 İyul 2026
Dünya futbolu

“Liverpul” millinin hücumçusu ilə maraqlanır

“Liverpul” yay transfer pəncərəsində “Hoffenhaym”ın 20 yaşlı vingeri Bazoumana Tureni heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, klub skautları futbolçunu Kot-divuar millisinin Şotlandiyaya qarşı oyununda izləyib.

Ture Mo Salahın birbaşa əvəzləyicisi kimi yox, hücum xəttini gücləndirəcək perspektivli oyunçu kimi dəyərləndirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43