07 İyul 2026
Dünya futbolu

“Liverpul” Vircil van Deyklə müqavilə uzatdı

“Liverpul” müdafiəçisi Vircil van Deyklə müqavilə müddətini uzadıb.

 İdmanxeber.az-ın məlumatına görə,  Niderlandlı oyunçunun yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Van Deyk 2018-ci ildən çıxış etdiyi “Liverpul”un heyətində 314 oyun keçirib və 27 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43