27 İyun 2026
Dünya futbolu

“Liverpul”dan 100 milyonluq transfer

“Bayer”dən ayrılmağa hazırlaşan Florian Virtsin karyerasını Premyer Liqada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı futbolçunun xidmətində “Liverpul” klubu maraqlıdır.

“Qırmızılar” Leverkuzen klubuna 100 milyon avro təklif edib və qarşı tərəfin də bununla razılaşdığı bildirilir.

Florian Virts başa çatan mövsümdə “Bayer”in heyətində meydana çıxdığı 45 ooyunda  16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43