Dünya futbolu

“Məğlubiyyətin səbəbkarı Okan Burukdur” – Necati Ateş

Türkiyə Super Liqasının 26-cı turunda “Qalatasaray” səfərdə “Konyaspor”a məğlub (2:1) olub.

İdmanxeber.az-ın məlumatına görə, ardıcıl 14 oyunbluq qələbə seriyası bitən İstanbul təmsilçisinin uduzması Türkiyə mətbuatında tənqid edilməsinə səbəb olub. “Qalatasaray”ın sabiq futbolçusu Necati Ateş komandanın məğlub olmasını baş məşqçi Okan Burukun səhv qərarları ilə əlaqələndirib:

“Öncəki oyunlarda Buruk etdiyi əvəzetmələrlə nəticəni dəyişdirməyi bacarırdı. Ancaq dünənki görüşdə bunu edə bilmədi. O, Berkan, Dübua, Oliviera və Barış Alperi meydandan çıxararaq mərkəzi xeyli zəiflətdi. Məğlubiyyətin səbəbkarı Okan Burukdur. Eyni zamanda müdafiədə Nelssonun olmaması da komandanın çıxışına təsir etdi.

Açığı, mən Nikolo Zaniolonun oyuna əsas heyətdə başlamasanı gözləyirdim. Ancaq baş məşqçi Barış Alperlə başladı. Bunu necə açıqlamaq olar? Okan Buruk fikirləşdiklərini bu oyunda edə bilmədi. Ötən tur “Kasımpaşa” ilə matçda müqayisədə beş fərqli futbolçu var idi əsas heyətdə. Qəribə işdir.

Düzdür, bəzən işlər yolunda getməyə bilər. O, əvəzetmələri ilə bir çox oyunda uğurlu nəticə qazansa da, bu səfər alınmadı. Mərkəzi tamam zəiflətmək yalnış qərar idi. 

35 günlük istirahət futbolçuların ritmini pozub. İkardi zərbə vurulmalı olan yerdə gözləyir. Topu çəkir, önünü boşaldır amma zərbə vurmur. İki oyundur Mertens də yoxdur. Onun necə dəyərli olduğu bu matçlarda açıq göründü. “Qalatasaray”ın bu məğlubiyyətinin ardından liqada həyəcan artacaq”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43