Dünya futbolu

“Messi olsan belə təpkilərdən qurtula bilmirsən”

“Lion”un sabiq futbolçusu Juninyo ölkə mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, fransalı əfsanəvi oyunçu PSJ-nin Çempionlar Liqasındakı çıxışından söz açıb. O, son zamanlar Messinin tənqidlərə məruz qalmasından danışıb:

“Messi də bir insandır. Azarkeşlər məsələyə “Bavariya” matçı üzərindən baxırlar. Leonun fitlənməsi məni şoka salmadı. Çünki biz yaxşı maaş alırıq, bəyəndiyimiz işlə məşğul oluruq. Bütün bunlar azarkeşlər üçün edilməlidir. Messi olsan belə təpkilərdən qurtula bilmirsən.

Düzdür, Fransa çempionatında üstünlükləri var. Məni şoka salan isə onların “Bavariya” oyunlarında aqressiv olmamasıdır. Azarkeşlərin etiraz etməyə haqqı var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43