Dünya futbolu

“Ançelotti mənə səbrli olmağı məsləhət gördü” – Rodriqo

“Real”ın futbolçusu Rodrigo Qoes ölkə mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu davamlı oynamaq istədiyini bildirib. O, bu barədə baş məşqçi Karlo Ançelotti ilə də danışdığını açıqlayıb:

“Sakit olmağa çalışıram. Həmişə oynamaq istəyirəm. Bu barədə məşçqi ilə söhbətimiz olub. O, mənə səbrli olmağı məsləhət gördü. Ona hörmət edirəm, çünki çox yaxşı oyunçularımız var.

Meydana çıxanda komandaya kömək edirəm və əsas heyət oyunçusu olmaq istəyirəm. Ançelotti ilə çox yaxşı münasibətim var. O, əla məşqçidir və həmişə mənə çox kömək edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43