İdman

Millimizdən qələbə

Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz növbəti yoxlama oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, yığmamız ilk görüşdə məğlub olduğu güclü “Zaza Pachulia Academy” komandasına bu dəfə 88-87 hesabı ilə qalib gəlməyi bacarıb.

Qeyd edək ki, təlim-məşq toplanışında üç hazırlıq oyunu keçirən Tahir Baxşıyevin yetirmələri bu oyunların ikisində qalib, birində isə məğlub olublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43