Ölkə futbolu

“Qəbələ”nin braziliyalısı üçün əlamətdar oyun

“Qəbələ”nin futbolçusu Ruan Renato Premyer Liqada 50-ci oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, braziliyalı müdafiəçinin yubileyi XXVII tura təsadüf edib.

29 yaşlı cənubi amerikalı “Şamaxı” ilə ev görüşündə 90 dəqiqə şans qazanıb. Ruan Premyer Liqadakı 50 matçda 3 qol vurub. O, “qırmızı-qaralar”ın heyətində Azərbaycan çempionatında ən azı 50 görüş keçirən 35-ci futbolçu olub.

Xatırladaq ki, Renato 2021-ci il avqustun 15-də Premyer Liqada ilk oyununa çıxıb. O, “Neftçi” ilə səfər qarşılaşmasında (2:2) şans qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43