Kateqoriyasız

Məmmədyarov Karlsenlə qarşılaşacaq

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki “Norway Chess” turnirinin əsas mərhələsində növbəti görüşlərini keçirəcəklər.

İdmanxeber.az xəbər verir ki, Məmmədyarov yarışın 6-cı günündə norveçli dünya çempionu Maqnus Karlsenlə qara fiqurlarla oynayacaq.

37 yaşlı qrossmeyster 8,5 xalla 4-cü pillədə qərarlaşıb.

Rəcəbov isə bolqarıstanlı Veselin Topalovla ağ fiqurlarla mübarizə aparacaq. 3 xala malik olan 35 yaşlı iti zəka sahibi 9-cu sıradadır.

İyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronudur. (451 000 manat)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43