21 İyul 2026
Ölkə futbolu

“Mənə heç nə deyilməyib, işimin başındayam” – Füzuli Məmmədov

Ötən mövsümü Azərbaycan I Liqasında 4-cü sırada bitirən “Mingəçevir” klubunda baş məşqçi Füzuli Məmmədovla bağlı müəyyən iddialar var. Belə ki, bir müddət öncə mətbuatda bölgə klubunun təcrübəli mütəxəssislə yollarını ayırmaq istədiyi yazılmışdı.

İddiaya görə, rəhbərlik növbəti mövsümə Məmmədovla başlamaq niyyətində deyil. Hətta bu barədə məşqçinin özünə də məlumat verildiyi bildirilirdi.

Məsələylə bağlı baş məşqçi ilə əlaqə saxladıq. O. İdmanxeber.az saytına verdiyi açıqlamada bu iddiaları təkzib etdi:

“Mənə rəhbərlik tərəfindən rəsmi heç nə deyilməyib. Bilirsiniz ki, mənim “Mingəçevir”lə iki illik müqaviləm var. İşimin başındayam. Başqa heç nədən məlumatım yoxdur”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43