Kateqoriyasız

Mahir Emreli üçün daha bir rəqib

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Xorvatiya) yeni hücumçu transfer edib.

İdmanxeber.az xəbər verir ki, Zaqreb təmsilçisi “Riyeka”nın forvardı Yosip Drmiç ilə güclənib.

29 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

İsveçrə yığmasının da üzvü olan hücumçu ötən mövsüm “Riyeka” ilə 21 qola imza atıb.

Mahir “Dinamo” ilə 8 oyunda 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43