15 İyul 2026
Dünya futbolu

Mahir Emrelidən bir qol və bir məhsuldar ötürmə – VİDEO

Xorvatiya çempionatında 9-cu turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Dinamo” səfərdə “Rudes”in qonağı olub. Qarşılaşma Zaqreb təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard matça start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. O, 38-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43