Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda öz meydanında “Hamburq”u qəbul edib və 0:3 hesabı ilə uduzub.
Emreli də bu matçın iştirakçısı olub. O, oyuna ehtiyatda və 58-ci dəqiqədə meydana daxil olub. 28 yaşlı futbolçu görüşün 78-ci dəqiqəsində isə sarı vərəqə ilə cəzalandırılıb.
“Nürnberq” turnir cədvəlində 41 xalla 9-cu yerdədir. “Hamburq” isə 52 xalla liderdir.

