17 İyul 2026
Dünya futbolu

Mahir oynadı, komandası uduzdu

Türkiyə Super Liqasının 36-cı turuna start verilib.

İdmanxeber.az-ın məlumatına görə, Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” səfərdə “Sivasspor”la qarşılaşıb. Görüş ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Emreli də matçın iştirakçısı olub. O, oyuna start heyətdə başlasa da, 46-cı dəqiqədə əvəzlənib.

Xatırladaq ki, millimizin üzvünün “Konyaspor”la müqaviləsi mövsüm sonu başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43