Dünya futbolu

Mahirin “Qalatasaray”a qarşı performansı: İki futbolçunu geridə qoydu

Millimizin üzvü Mahir Emrelinin forma geyindiyi “Konyaspor” Superliqanın 25-ci turunda “Qalatasaray”ı qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, 3 qolun qeydə alındığı matçda qələbə Kqazanan tərəf Konya təmsilçisi olub – 2:1.

Mahir bu görüşə start heyətində meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. Futbolçumuz 15-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Türkuyə mediası futbolçumuzun çıxışını 6.6 bal ilə qiymətləndirib. Bu göstərici ilə Mahir komandada yalnız iki futbolçu – Alexandron Pozuello (6.4 bal) və Muhammet Demiri (6.4 bal) qabağlaya bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43