Dünya futbolu

“Mən Ronaldonun yaşı ilə maraqlanmıram”

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez Ronaldonu AVEO-2024-ün seçmə mərhələsi matçlarına dəvət edib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli çalışdırıcı futbolçunun yaşının çox onəmli olmadığını bildirib:

“Ronaldo komandaya bağlı bir futbolçudu. Mən onun yaşı ilə maraqlanmıram. O, öz təcrübəsi ilə komandaya güc qata bilər. Komandanın əsas fiqurlarındadı”.

Qeyd edək ki, Portuqaliya millisi bu ay secmə mərhələdə Lüksemburq və Lixtenşteynlə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43