Dünya futbolu

“El Klasiko” öncəsi “Barselona”da vacib itki

“Barselona” “Real”la oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin üzvü Pedri zədə səbəbindən görüşü buraxacaq. Bir müddət müalicə alan oyunçunun sağalacağı gözlənilsə də, ispaniyalı futbolçu özünü  yaxşı hiss etmədiyini bildirib.

Onun “Real”a qarşı görüşdə meydanda olmayacağı dəqiqdir. Pedri bir aydır zədə səbəbindən yaşıl meydanlardan uzaqdır.

“Barselona” – “Real” matçı martın 20-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43