İdman

“Komandada yeni ildən bu yana canlanma var” – “Gəncə”nin oyunçusu

“Bizdə yanvarda heyətdə xeyli dəyişiklik oldu. Bir neçə legionerlə yollar ayrıldı. 4 amerikalı, 1 gürcü basketbolçumuz var idi. Biz gürcü basketbolçudan istifadə edə bilmədik. İndi isə 4 yeni amerikalı basketbolçumuz var. Baş məşqçimiz də tempi tutub. Komandada yenildən bu yana canlanma var. 7 oyunun 6-da qalib gəldik. Qarşıdakı turda “Olimpik Şəki” ilə qarşılaşırıq və bu oyunda da qalib gəlib pley-off-dakı yerimizi rəsmiləşdirmək istəyirik”.

Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Gəncə” basketbol komandasının kapitanı Amil Həmzəyev deyib.

“Gəncə”nin lideri komanda qarşısına konkret hədəfin qoyulmadığını bildirib:

“Komandanın qarşısına konkret bir hədəf qoyulmayıb. Ancaq mən burada məsuliyyəti öz üzərimə götürmüşəmsə deməli, daha yaxşı yerlərə oynamalıyıq. Gəncə kimi şəhəri təmsil edirsənsə, ən yaxşı yerlərə oynamalısan. Birinci yerdən cəmi bir xal geri qalırıq. Son dövrədə yerlər dəyişə bilər. Beşinci pillədəki “Sərhədçi” belə yenidən lider ola bilər. “İlk beşlik” arasında elə də çox xal fərqi yoxdur. Hamısının çempionluq şansları bərabərdir.

Oyunları evdə keçirməyimizin nəticəyə təsiri olur. Mütləq ki, azarkeşlərin performansı bizə çox dəstək olur. Bu üstünlüyü son turda da davam etdirmək istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43