Dünya futbolu

PSJ azarkeşlərindən Messiyə ŞOK

PSJ azarkeşləri Lionel Messidən narazıdırlar.

İdmanxeber.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, argentinalı futbolçunun çıxışı fanatları qane etmir. Onlar Messinin komandada qalması üçün rəhbərliyin israr etməməsini istəyirlər.

Azarkeşlər sosial şəbəkələrdə yalnız Kilian Mbappenin komandada qalmasından yanadır. Geri qalan digər oyunçulara təpki göstərirlər.

Mənbə yazır ki, PSJ rəhbərliyi bir müddətdir müqavilə uzatmaq üçün Messi ilə danışıq aparır. Ancaq tərəfdarların təpkisinin ardından oyunçuya klubda qalması üçün israr etməyəcəklər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43