Ölkə futbolu

“Qəbələ” evdə niyə səfər forması ilə oynayıb?

Premyer Liqanın 27-ci turunun qapanış matçında “Şamaxı” səfərdə “Qəbələ”ni qonaq edib.

İdmanxeber.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, meydan sahibləri doğma publika önündə səfər forması ilə çıxış etməli olub.

Buna səbəb “Şamaxı”nın səfər formasının da rəngləri ev sahibi komandanın idman geyimi ilə üst-üstə düşməsidir.  Bu səbəbdən də “Qəbələ” məcburən səfərdə geyindiyi ağ rəngli forma ilə meydana çıxıb.

Görüş “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə sona çatıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43