Dünya futbolu

Maltanın futbolçusu: “Bizi Bakıda çətin oyun gözləyir”

Andre Aqius Azərbaycanla keçiricəkləri qarşılaşma barəsində danışıb.

UEFA Millətlər Liqasında millimizin qrupunda yer alan Malta komandasının futbolçusu Andre Aqius ölkə mətbuatına açıqlama verib. O, səfər oyunlarının onlar üçün çətin keçdiyini bildirib:

“Bizi Bakıda çətin oyun gözləyir. Səfər qarşılaşmaları hər zaman çətin olur. Qrupumuzda güclü rəqiblər var. Düşünürəm ki, Kosovu qrupun favoritidir. Onların oyunçuları Avropanın müxtəlif çempionatlarında çıxış edirlər. Azərbaycana qarşı ilk oyunda yaxşı mübarizə aparmışdıq. Cavab oyununda da sərfəli nəticə qazanmaq üçün meydana çıxacayıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43