Dünya futbolu

Maltanın hücumçusu: “Biz bunu rəqibimizə keçmişdə sübut etmişik”

Şembri iddialı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, bu gün UEFA Millətlər Liqasının II turunda Azərbaycan yığması səfərdə Maltanın qonağı olacaq. Oyundan öncə Maltanın hücumçusu Andre Şembri oyun barəsində mətbuata açıqlama verib:

“Azərbayanla oyunda yaxşı nəticə qazanmaq üçün kifayət qədər güclüyük. Biz bunu rəqibimizə keçmişdə sübut etmişik. Taktiki gedişlərin üzərində çox çalışmışıq. Komandada yaxşı ab-hava var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43