Dünya futbolu

“Qəbələ”nin oyunçusu 90 dəqiqə meydanda qaldı

Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib. 

İdmanxeber.az-ın məlumatına görə, Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunun II turunda  Toqo millisi öz meydanında Beninlə qarşılaşıb. Ev sahibi komandanın heyətində yer alan “Qəbələ”nin futbolçusu Lalavele 90 dəqiqə meydanda olub.  Görüş 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, hesabında 1 xal olan toqolular 4-cü pillədə qərarlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43