Dünya futbolu

Neymar: “Bizim də insan olduğumuz unudulur”

Neymar tənqidlərdən narazıdır.

İdmanxeber.az-ın məlumatına görə, son günlər etdiyi hərəkətlərlə tənqid atəşinə tutulan brazilyalı ulduz oyunçu Neymar Fransa mətbuatına açıqlama verib:

“Biz robot deyilik. İnsanlar elə bilirlər ki, bizə qarşı nə istəsələr deyə bilərlər. Xeyr, bu belə deyil. Bəli, mənim çoxlu pulum var. İstədiyim hər şeyi əldə edə bilərəm.  Bəlkə də elə bu səbəbdən mənə nifrət edirlər. Ancaq unudurlar ki, biz də insanıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43